Yem Kalkulyatoru
Hesabla- {{ weather.temp }} °C
- Temperatur
- {{ weather.humidity }} %
- Nisbi rütubət
- {{ weather.pressure }} mbar
- Təzyiq
Yem Kalkulyatoru Veb tətbiqi Avropa Birliyinin maliyyə dəstəyi ilə ERASMUS+proqramı UnİCLAD (http://uniclad.net) layihəsi çərçivəsində Azərbaycan Texniki Universiteti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi tərəfindən işlənib hazırlanmışdır.
Yem kalkulyatoru, kənd təsərrüfatı heyvanlarının zootexniki normalarına uyğun yemlənməsi metodologiyasına əsaslanır. Veb tətbiqin hazırlanmasına UniCLAD layihəsi üzrə yerli tərəfdaş Kənd Təsərüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi dəstək göstərmişdir.
Yem kalkulyatorunun veb tətbiqinin hazırlanmasında məqsəd heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə dəstək olmaq, yüksək məhsuldarlıq, iqtisadi səmərə əldə etməklə ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verməkdir. Heyvandarlıq sektorunun inkişafında əsas seqmentlərdən biri yemləmənin olduğunu nəzərə alaraq düzgün yem rasinonun tərtibi, balanslaşdırılmış və qidalı yemləmənin həyata keçirilməsi, həmçinin yem bazasının formalaşmasında hər başa görə əkin sahəsinin, protein-enerji balansının müəyyən edilməsi əsas və vacib şərtlərdəndir. Təqdim edilən "Yem kalkulyatoru" veb tətbiqinin istifadəsi fermerlər üçün əlçatan olmaqla çevik və faydalı informasiya resursuna çevriləcəkdir.